Şair Telman Axıncının imza günü keçirildi – FOTO

Şair Telman Axıncının imza günü keçirildi – FOTO

Hazırda oxunan: Şair Telman Axıncının imza günü keçirildi – FOTO
251745
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

lV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında şair Telman Axıncının imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, şairin "Bir ömür də istəyirəm", "Nə yaxşı ki...", "Axınıcının səsiyəm" kitabları oxuculara təqdim olunub.
 

Yaradıcılığa gənc yaşlarından başlamış şair vətənpərvərlik, milli dəyərlər və təbiət, sevgi haqqında şeirlər yazır.


T.Axıncı şəhid general-mayor Polad Həşimova poema həsr edib.

Qeyd edək ki, mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.

Şair Telman Axıncının imza günü keçirildi – FOTO - foto 1
Şair Telman Axıncının imza günü keçirildi – FOTO - foto 2
Şair Telman Axıncının imza günü keçirildi – FOTO - foto 3


Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO