Bu məşhurların övladları da məzun oldu - FOTOLAR

Bu məşhurların övladları da məzun oldu - FOTOLAR

Hazırda oxunan: Bu məşhurların övladları da məzun oldu - FOTOLAR

24779

Bu gün ölkədə  2020-2021-ci tədris ili yekunlaşıb. Hər il olduğu kimi bu gün Respiblikanın bütün məktəblərində 11 – ci sinif şagirdləri üçün “son zəng” çalındı. 

Bizim.Media xəbər verir ki, bu il jurnaistlər və cəmiyyətdə bir çox tanınmış simaların da övladları müstəqil həyata addım atıb, məzun olublar.

Onların bir neçəsini təqdim edirik:

“Bakılı oğlanlar” komandasının üzvü, əməkdar artist Bəhram Bağırzadənin oğlu bu il uşaqlığın son gecəsinə əlvida deyib. O, bu barədə Facebook-da post paylaşaraq övladını təbrik edib:



“Bu gün mənim üçün vacib bir gündür, çünki oğlum Cavid də məzundur! Ona yaxşı bir tələbə olmasını və Vətəninin layiqli övlad olmaq və xalqına xidmət etmək üçün tibbi təhsilini ən qısa müddətdə başa vurmasını diləyirəm. Əminəm ki, bugünkü məzunların çoxu kimi oğlum da gözəl insanlardan və parlaq peşəkarlardan olacaq”.

Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının dosenti Pərvanə İbrahimovanın övladı da bu il orta məktəbi bitirib. O, övladının fotosunu yayımlayaraq ürək sözlərini qeyd edib: 



“Balam məzun olur” 

Hüquqşünas Əkrəm Həsənov isə bu gün iki sevinci birdən yaşayıb. Belə ki, onun böyük qızı Xədicə məzun, kiçik qızı Aliyə isə bacısı üçün son zəngi səsləndirən 1 -ci sinif şagirdi olub. O öz sevincini facebookda öz dostları ilə bölüşüb. 

“Vaxt yaman tez keçir. Bütün məzunları təbrik edirəm! Onlara tövsiyəm daim təhsil alın, oxuyun. Nə orta məktəbi, nə də ali məktəbi bitirmək təhsili bitirmək anlamına gəlməməlidir. Son zamanlar müşahidə edirəm. Gənclər peşələri üzrə kitab oxumurlar. Halbuki geniş mənada təhsilin son zəngi həyatımızın son zəngi ilə üst -  üstə düşməlidir.

“Vətəninfo” saytının baş redaktoru Nahid Canbaxışlının qızı da bu gün məzun olanların sırasındadır. Bu barədə jurnalist Facebook səhifəsində övladının fotosunu yayımlayaraq bu sözləri qeyd edib:



“11 ili də belə başa vurduq. Şükürlər olsun Fidanım məzun oldu. Allah bütün balalarımızın uğurlarını görməyi nəsib etsin”.

Bu il məzunlar arasında həm də Trend xəbər agentliyinin jurnalisti Vüqar İmanovun qızı Fatimə də var. 



“Qızım Fatimə məktəbi bitirdi! Allah Taala bütün balaların yolunu açıq eləsin! Bütün müəllimlərə təşəkkür edirəm!” - deyə, jurnalist qızına ürək sözlərini yazıb.

Aliyə İlyas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO