28 nəfəri seldən xilas edərək həlak olan qəhrəman barədə film çəkildi - FOTO

28 nəfəri seldən xilas edərək həlak olan qəhrəman barədə film çəkildi - FOTO

Hazırda oxunan: 28 nəfəri seldən xilas edərək həlak olan qəhrəman barədə film çəkildi - FOTO
232497
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağdam Muğam Mərkəzində “Qırmızı ulduz” ordenli Rahib Məmmədovun xatirəsinə həsr edilmiş “19 yaşlı xilaskar” adlı sənədli filmin təqdimatı mərasimi baş tutub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə Rahib Məmmədovun ailə üzvləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

SOCAR-ın Kulevi terminalının maliyyə dəstəyi ilə çəkilmiş və prodüseri Şahismayıl Şəmmədoğlu, ssenari müəllifi Elnur Vəlizadə, rejissorları Georgi Toradze və Elnur Vəlizadə olan “19 yaşlı xilaskar" sənədli filmi tədbir iştirakçılarına nümayiş etdirilib. Sonra Rahib Məmmədovun qardaşı çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.


Qeyd edək ki, 1987-ci ildə Gürcüstan Respublikasının Xobi rayonunun Çaladidi kəndində təbii fəlakət zamanı ölümlə üz-üzə qalmış insanları xilas edərkən böyük hünər və rəşadət göstərmiş 19 yaşlı Rahib Məmmədov 28 nəfər sakini seldən xilas edib və qəhrəmancasına həlak olub. O, göstərdiyi xüsusi fədakarlığa görə ölümündən sonra SSR-nın "Qızıl Ulduz" ordeni ilə təltif olunub.

28 nəfəri seldən xilas edərək həlak olan qəhrəman barədə film çəkildi - FOTO - foto 1
28 nəfəri seldən xilas edərək həlak olan qəhrəman barədə film çəkildi - FOTO - foto 2
28 nəfəri seldən xilas edərək həlak olan qəhrəman barədə film çəkildi - FOTO - foto 3
28 nəfəri seldən xilas edərək həlak olan qəhrəman barədə film çəkildi - FOTO - foto 4
28 nəfəri seldən xilas edərək həlak olan qəhrəman barədə film çəkildi - FOTO - foto 5

Elgün, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO