Ağdamda Əməkdar Mədəniyyət İşçisi Çimnaz Əliyevanın 75 illik yubileyi QEYD EDİLDİ - FOTO

Ağdamda Əməkdar Mədəniyyət İşçisi Çimnaz Əliyevanın 75 illik yubileyi QEYD EDİLDİ - FOTO

Hazırda oxunan: Ağdamda Əməkdar Mədəniyyət İşçisi Çimnaz Əliyevanın 75 illik yubileyi QEYD EDİLDİ - FOTO
225907
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

18 dekabr 2024-cü il tarixdə Ağdam Muğam Mərkəzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əməkdar Mədəniyyət İşçisi Çimnaz Əliyevanın 75 illik yubileyi qeyd edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Milli Məclisin deputatları Bəxtiyar Əliyev, Elman Məmmədov, Aqil Abbas, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər Çimnaz Əliyevanı 75 yaşının tamam olması münasibətilə təbrik edərək onun işlədiyi bütün sahələrdə bacarığı, təşkilatçılıq qabiliyyəti və yüksək peşəkarlığı ilə seçilməsindən, 1993-cü ildə Ağdam rayonunun erməni vandalları tərəfindən işğalından sonra əhalinin respublikanın müxtəlif rayonlarında məskunlaşmasında, ehtiyaclarının qarşılanmasında və onların sosial problemlərinin həllində yaxında iştirak etməsindən və əsil ağdamlı olaraq daim onların qayğısına qalmasından,  I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğu müddətdə bir sıra qanun layihələrinin hazırlanmasındak fəal iştirakından bəhs ediblər. 
 

Tədbirdə Ağdam Musiqi kollecinin “Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin ifasında müxtəlif musiqi nömrələri iştirakçılara təqdim edilib. 


Sonda yubilyar çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirib.

Ağdamda Əməkdar Mədəniyyət İşçisi Çimnaz Əliyevanın 75 illik yubileyi QEYD EDİLDİ - FOTO - foto 1
Ağdamda Əməkdar Mədəniyyət İşçisi Çimnaz Əliyevanın 75 illik yubileyi QEYD EDİLDİ - FOTO - foto 2
Ağdamda Əməkdar Mədəniyyət İşçisi Çimnaz Əliyevanın 75 illik yubileyi QEYD EDİLDİ - FOTO - foto 3
Ağdamda Əməkdar Mədəniyyət İşçisi Çimnaz Əliyevanın 75 illik yubileyi QEYD EDİLDİ - FOTO - foto 4

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO