Podolyak TƏKZİB ETDİ: ”Rusiya neftinin Avropaya ötürülməsini 2029-cu ilin sonunadək davam etdirəcəyik”

Podolyak TƏKZİB ETDİ: ”Rusiya neftinin Avropaya ötürülməsini 2029-cu ilin sonunadək davam etdirəcəyik”

Hazırda oxunan: Podolyak TƏKZİB ETDİ: ”Rusiya neftinin Avropaya ötürülməsini 2029-cu ilin sonunadək davam etdirəcəyik”
209133
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak ölkənin 2025-ci il yanvarın 1-dən Rusiya neftinin Aİ-yə tranzitini dayandıracağı ilə bağlı öz bəyanatını təkzib edib. 

Bizim.Media xəbər verir ki, onun təkzibi  “Mı - Ukrayna” telekanalının saytında dərc olunub. 

Podolyak bildirib ki, Ukrayna Rusiya neftinin Avropaya tranziti ilə bağlı öhdəliklərini müqavilələrin müddəti bitənə qədər tam həcmdə yerinə yetirəcək: 

“Eyni zamanda, Ukrayna müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirib və bu cür müqavilələrin başa çatması üçün nəzərdə tutulan tarixə qədər yerinə yetirəcək, çünki bu, bizim Avropa ölkələri ilə ikitərəfli münasibətlərimizə aiddir”. 
 

O, əlavə edib ki, Ukrayna Rusiya neftinin mövcudluğunu azaltmaq və ya tamamilə aradan qaldırmaq üçün regionun bəzi ölkələrinə neft tədarükünü diversifikasiya etmək istəyində Avropa Komissiyasını dəstəkləyir. 


Nəticədə, Ukrayna 2029-cu ilin sonuna qədər Avropaya neft tranzitini davam etdirəcək. Daha əvvəl Podolyak bildirib ki, qazdan əlavə, 2025-ci ilin yanvarından Ukrayna ərazisindən Rusiya neftinin Drujba neft kəməri ilə tranziti dayandırılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO