Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı KEÇİRİLƏCƏK

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı KEÇİRİLƏCƏK

Hazırda oxunan: Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı KEÇİRİLƏCƏK

193654

İyunun 1-də Şuşa şəhərində “Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir" adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək. Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək festivalda türk dövlətlərinin məktəbliləri iştirak edəcəklər.

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, konsert proqramında türk dövlətlərinin bədii kollektivlərinin 209 üzvü ölkələrinin musiqi və rəqs mədəniyyətini tamaşaçılara təqdim edəcək.

Festivalda həmçinin tanınmış mədəniyyət və incəsənət xadimləri, 150-yə yaxın məktəbli, şəhid övladları tamaşaçı qismində iştirak edəcəklər.
Layihə çərçivəsində qonaqlar 26 may – 2 iyun tarixlərində ekskursiyalarda da iştirak edəcək, ölkəmizin zəngin təbiəti, tarixi-memarlıq abidələri, quruculuq işləri ilə tanış olacaqlar.

Beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, uşaqlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini tanıtmaqdır.

Ətraflı məlumat üçün aşağıdakı sosial media səhifələrini izləyə bilərsiniz:

//www.facebook.com/shushafestivali/ 

//www.instagram.com/shushafestivali/ 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO