Leyla Əliyevanın şeir toplusu - “Tanrının səsini eşitmək istəyirəm” - FOTO

Leyla Əliyevanın şeir toplusu - “Tanrının səsini eşitmək istəyirəm” - FOTO

Hazırda oxunan: Leyla Əliyevanın şeir toplusu - “Tanrının səsini eşitmək istəyirəm” - FOTO

17602

Aprelin 9-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bakıdakı qərargahında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qırğız və rus dillərində nəşr olunmuş “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunun təqdimat mərasimi keçirilib.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Qırğız Respublikasının mədəniyyət, informasiya idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və digər qonaqlar iştirak ediblər.

Tədbirdə bildirib ki, Leyla Əliyeva gənc olmasına baxmayaraq, çoxşaxəli istedada malik insandır.

O, gözəl, səmimi, romantik, incə ruhlu şeirlərin müəllifi, maraqlı rəssamdır. Onun bir çox rəsmləri sərgilərdə nümayiş olunub. Leyla Əliyeva Azərbaycanın ictimai həyatında özünəməxsus yer tutur. Kitabın Qırğız Respublikasında da çap olunduğunu söylənilib. Nəşr qırğız oxucusunu müasir Azərbaycan poeziyasının nümunələri ilə tanış edir.

Mədəniyyət naziri Anar Kərimov çıxışında qeyd edib ki, Leyla Əliyevanın yaradıcılığında əsl Azərbaycan qadınının, əsl türk xanımının duyğuları, hissləri, emosiyası müşahidə olunur.

Qırğız Respublikasının mədəniyyət, informasiya idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev deyib:

“Leyla Əliyeva qələmə aldığı hər mövzuya özünəməxsus şair baxışı ilə yanaşır, gördüklərini azad baxışlarla poeziyaya çevirə bilir. Dünyaya şair baxışı ilə baxaraq qitələri, meşələri, dağları, çayları, gölləri adlayır, həyəcan və hisslərini ustalıqla ifadə edir, oxucu ilə səmimi ünsiyyət mühiti yaradır”.

Türk Şurası baş katibinin müavini Sultanbek Raev bildirib ki, Leyla Əliyevanın “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunu qırğız dilinə tanınmış şairlər tərcümə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO