Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub - FOTO

Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub - FOTO

Hazırda oxunan: Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub - FOTO

166759

Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, elan edilmiş pyes müsabiqəsinə 21 iştirakçı müraciət edib. Müsabiqəyə göndərilən əsərlər münsiflər heyəti tərəfindən dəyərləndirin, müsabiqəyə təqdim edilən pyeslərin arasından Ülviyyə Heydərova “Torpaqlar” pyesi ilə birinci yerə, Niyaz Qasımov “Pənahəli xan” pyesi ilə həvəsləndirici mükafata layiq görülüb.
Müsabiqənin münsiflər heyəti Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə, Əməkdar incəsənət xadimi, yazıçı, ssenarist və dramaturq Əli Əmirli, teatr və kino tənqidçisi Aliyə Dadaşova və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, ədəbiyyatşünas Elnarə Akimovadır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO