Qarabağa kitab mədəniyyətinin qaytarılmasında hər birimizin dəstəyinə ehtiyac var - NAZİR 

Hazırda oxunan: Qarabağa kitab mədəniyyətinin qaytarılmasında hər birimizin dəstəyinə ehtiyac var - NAZİR 

163861

30 illik dövrdə işğal altında olan kitabxanalarımız, kitab fondumuz ermənilər tərəfindən ciddi zədələrə məruz qalıb.

Bizim.Media xəbər verir ki, bunu 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışında mədəniyyət naziri Adil Kərimli deyib.

Nazirin sözlərinə görə ümumilikdə 927 kitabxana, 5000-ə yaxın kitab fondumuz işğal altında olan zaman Qarabağda tamamilə məhv edilib:

“Qarabağa kitab mədəniyyətinin qaytarılmasında hər bir vətəndaşın dəstəyinə ehtiyac var. Kitab sənayesinin dəstəklənməsi üçün Azərbaycan dövləti çoxşaxəli fəaliyyət həyata keçirməkdədir. Bu istiqamətdə naşirlərlə görüşlərin keçirilməsi, kağızın idxalının, istehsalının ƏDV-dən azad olunması buna bir nümunədir", - nazir əlavə edib.

Adil Kərimli Azərbaycanın bu cür beynəlxalq sərgilərin təşkilatçısı kimi nümunəvi dövlətlərdən biri olduğunu da vurğulayıb:

"Bütün bunlar gənc nəslin formalaşmasında, kitaba sevgisinin yaranmasında ciddi təkanverici vasitələrdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO