İlk dəfə keçirilən Musiqi Forumu panel sessiyalarla davam edir - FOTO

Hazırda oxunan: İlk dəfə keçirilən Musiqi Forumu panel sessiyalarla davam edir - FOTO

162004

Ölkəmizdə ilk dəfə keçirilən Musiqi Forumu panel sessiyalarla davam edir.

Bizim.Media xəbər verir ki, Cadenza kamera orkestrinin bədii rəhbəri, bəstəkar Türker Qasımzadənin moderatorluğu ilə keçirilən "Azərbaycanda musiqi təhsili - bəstəkarlıq və ifaçılıq məktəbləri" panelində "Ölkədəki musiqi təhsili sisteminin nailiyyətləri və çətinlikləri", "Ali musiqi təhsili: yeni peşə yönümləri və ixtisaslaşmalar tələbi qarşısında", "Bəstəkar musiqisinin ifaçılıq problemləri: aktual problemlər və onların həlli yolları", "Musiqi repertuarının zənginləşdirilməsi və bəstəkarlara dövlət sifarişləri sisteminin yenilənməsi", "Azərbaycanda bəstəkar musiqisinin nəşri, səs yazısı və yayımlanma problemləri" mövzuları müzakirə olunub.

Spikerləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri Turxan Süleyman, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, bəstəkar, Xalq artisti Sərdar Fərəcov, Bakı şəhəri Fikrət Əmirov adına 6 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru, professor Adilə Yusifova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev, bəstəkar Tahir İbişov olan paneldə qeyd edilən mövzular ətrafında fikir mübadiləsi aparılıb, mövcud problemlərim həlli yolları araşdırılıb və Forum iştirakçılarının sualları cavablandırılıb.

Paneldə bəstəkarların əsərlərinin alınması, bəstəkarlara musiqi sifarişlərinin verilməsi, gənc bəstəkarların əsərlərinin çapı, musiqi dərsliklərinin hazırkı vəziyyəti, musiqi məktəblərində mövcud problemlər, televiziya kanallarında musiqimizin düzgün təbliği məsələləri əsas müzakirə mövzusu olub.

Qeyd edək ki, günün ikinci yarısında Forum işini "Ənənəvi musiqi janrları" panel sessiyası ilə davam etdirəcək.

Foruma oktyabrın 31-də yekun vurulacaq.
















Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO