Xalq artistindən Dilarə Kazımovaya SƏRT REAKSİYA – “Bu dəlilik yox, BİABIRÇILIQDIR”

Hazırda oxunan: Xalq artistindən Dilarə Kazımovaya SƏRT REAKSİYA – “Bu dəlilik yox, BİABIRÇILIQDIR”

160766

Müğənni Dilarə Kazımova yeni layihəsinin anonsunu verib. “Dəli” adlı klipini ifaçı İtaliyada lentə aldırıb. Ən maraqlısı da odur ki, Dilarə Kazımov klipdə lüt soyunaraq küçələrdə gəzir. Təbii ki, ifaçının görüntüləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Əksəriyyət ifaçıya iradlarını bildiriblər. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Xalq artisti Əbdül Mahmudov bildirib ki, o qadını tanımıram, bilmirəm haranın müğənnisidir:
 

MÖVZU İLƏ BAĞLI:

Dilarə küçədə yarıçılpaq halda VİDEOSUNU paylaşdı 


“Amma bildiyim odur ki, o xaricdə klip çəkdirmək çox bahadır. Yəqin ki, qadın İtaliyaya elə belə getməyib.

Kimlərsə ona sponsorluq edib. Mən Xalq artisti, 60 illik sənətdə olan bir şəxs burdan Hacıqabula gedə bilmirəm. Amma belə xanımlar burdan vurub, dünyanın o başından çıxırlar. Hamısı haram, oğurluq pullardır. Həmin qadınlar da gedib xaricdə sənət yox, soyunub bədən əzalarını göstərirlər. Sadəcə utanıram. Bu dəlilik yox, biabırçılıqdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO