Murtuza Bülbül: “Azərbaycan musiqisinin bütün dünyada səslənməsi qürurvericidir” - FOTO

Hazırda oxunan: Murtuza Bülbül: “Azərbaycan musiqisinin bütün dünyada səslənməsi qürurvericidir” - FOTO

157835

Vəbər verdiyimiz kimi, Moskvada azərbaycanlı dirijor Murtuza Bülbülün rəhbərliyi ilə Dövlət Kreml orkestrinin ifasında “Müəllimlər və yetirmələri” adlı konsert proqramı təqdim olunub.

Bizim.Media xəbər verir ki, Murtuza Bülbül konsertdən əvvəl AZƏRTAC-a müsahibə verib.
 

MÖVZU İLƏ BAĞLI:

Moskvada Polad Bülbüloğlunun oğlunun dirijorluğu ilə konsert keçirildi


Onun sözlərinə görə, Qara Qarayevin Üçüncü simfoniyası təkcə Azərbaycan musiqi sənətində deyil, bütöv Sovet İttifaqının musiqi tarixində əlamətdar hadisə idi:

“Bilirsiniz ki, Moskva dünyanın mədəniyyət mərkəzlərindən biridir. Burada ən müxtəlif janrlarda musiqilər səslənir. Azərbaycan musiqisi Rusiya səhnəsində əhəmiyyətli yer tutur. Ölkəmizin bir çox görkəmli bəstəkarları, o cümlədən Qara Qarayev, Cövdət Hacıyev Moskva klassik musiqi məktəbinin yetirmələridir. Azərbaycan və Rusiya mədəni mühitini hər zaman belə şəxsiyyətlər birləşdirib. Azərbaycan musiqisinin bütün dünyada, eləcə də Moskvada səslənməsi mənim üçün qürurvericidir”.

Xatırladaq ki, Murtuza Bülbül dahi müğənni Bülbülün nəvəsi, Azərbaycanın Xalq artisti, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun oğludur. O, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının opera-simfonik dirijorluğu fakültəsinin tələbəsidir.

Gənc dirijor Azərbaycan, Rusiya, Almaniya, İtaliya, Qazaxıstan və bir çox digər ölkələrdə çıxışları ilə yadda qalıb.

Gənc yaşlarına baxmayaraq, Murtuza Bülbül Rus Milli orkestri, Rusiya Kinematoqrafiya orkestri, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının orkestri, Moskva Gənclər Kamera Orkestri və bir çox digər adlı-sanlı kollektivlərlə, Anna Netrebko, Elçin Əzizov, Dinara Əliyeva kimi tanınmış müğənnilərlə bir səhnəni bölüşüb.

Murtuza Bülbül yaradıcılığında Azərbaycan klassik musiqi nümunələrinin təbliğinə xüsusi yer ayırır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO