Şəkidə “Çələbi xan” tamaşası təqdim OLUNDU – FOTO  

Şəkidə “Çələbi xan” tamaşası təqdim OLUNDU – FOTO  

Hazırda oxunan: Şəkidə “Çələbi xan” tamaşası təqdim OLUNDU – FOTO  

142381

Şəkidə “Çələbi xan” tamaşasına geniş ictimai baxış keçirilib. Tamaşa görkəmli tarixçi alim, akademik Yaqub Mahmudovun 80 illik yubileyinə həsr olunub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki Dövlət Dram Teatrında gənc rejissor Orxan Həmidlinin quruluşunda Xəqani Əliyevin “Çələbi xana Qızılqaya xəyanəti” adlı tarixi dramı əsasında səhnələşdirilən bu əsərin məşqlərinə ilin əvvəlində başlanıb.

Tamaşa xanlıqlar dövründən bəhs edir. Belə ki, dörd xan birləşərək Şəki xanı Hacı Çələbini devirmək istəyir.

Bununla əlaqədar qərarlarını gürcü çarına çatdırırlar. Çar Teymuraz və onun oğlu İrakli onları danışığa dəvət edir və 1752-ci ildə Gəncə yaxınlığında Gəncəni və Qarabağı tutmaq niyyəti ilə həmin dörd xanı əsir götürür. Hacı Çələbi xan isə ona qurulan oyunlardan xəbərdar olmasına baxmayaraq, gürcü çarına qarşı yürüşə qalxır və ordusu ilə onları torpaqlarımızdan qovaraq dörd xanı azad edir.

Əsərin əsas qayəsi bundan ibarətdir. Tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu rəssamı Sahib Əhmədov, bəstəkarı Sərdar Fərəcovdur. Tamaşada rolları Əməkdar artist Rəhim Qocayev, Xəyal Salahov, Aydın Əlibalayev, Əməkdar artist Akif Yusifov, Lalə Məmməd, İlkin Rüstəmov, Rəşid Mirizadə, Rəşad Rüstəmov, Qurban Rəsulov, Çingiz Novruzəliyev, Fərahim Fətəliyev, Pərviz İsmayılov, Elvin Mabudov və Rəsul Məmmədrəhimov canlandırıblar.

Tamaşa başa çatdıqdan sonra səhnəyə dəvət olunan əsərin ideya müəllifi, akademik Yaqub Mahmudov deyib ki, gələn il 145 illik yubileyini qeyd edəcəyimiz Şəki Dövlət Dram Teatrında çox mühüm hadisə baş verib.

Azərbaycan dövlətçilik tarixinin çox mühüm simalarından, vahid Azərbaycan yaratmaq ideyasınn müəlliflərindən biri Hacı Çələbi xana həsr olunmuş “Çələbi xan” əsərinin təqdimat mərasimi baş tutub. Akademik sözlərinə onu da əlavə edib ki, bu gün mən çox qürurluyam.
Çünki biz Qarabağda işğal altında olan torpaqlarımızı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad etmişik. Biz son 200 il ərzində ən böyük Qələbəni əldə etmişik. Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 
















Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO