Türkiyədə “Qarabağda 44 gündə gələn Zəfər” kitabı dərc edildi – 3 dildə

Türkiyədə “Qarabağda 44 gündə gələn Zəfər” kitabı dərc edildi – 3 dildə

Hazırda oxunan: Türkiyədə “Qarabağda 44 gündə gələn Zəfər” kitabı dərc edildi – 3 dildə

13610

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov martın 2-də Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və parlaq Zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsindən söz açan Fəxrəddin Altun Qarabağın işğaldan azad edilməsində Türkiyənin Azərbaycanla media sahəsində də yaxından əməkdaşlıq etdiyini vurğulayıb, qardaş ölkələr arasında mədəniyyət sahəsində də əməkdaşlığın gücləndirildiyini diqqətə çatdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Türkiyə ilə birlikdə Vətən müharibəsi haqqında film çəkəcək - VİDEO


Görüşdə Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsi tərəfindən üç dildə çap edilən “Qarabağda 44 gündə gələn Zəfər” kitabı Türkiyə-Azərbaycan qardaşlığının nişanəsi olduğu ifadə edilib.

Nazir Anar Kərimov görüşdən məmnunluğunu ifadə edərək Türkiyənin göstərdiyi dəstəyin heç zaman unudulmayacağını bildirib.

Ermənistanın Qarabağda maddi-mənəvi irsə vurduğu ziyanın miqyasını dünyaya nümayiş etdirmək üçün “Peace for Culture” adı altında kampaniyanın başladılacağını diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO