İlham Namiq Kamal: “Heydər Əliyevin təklifi ilə “Qayınana” filmi çəkildi” - VİDEO

İlham Namiq Kamal: “Heydər Əliyevin təklifi ilə “Qayınana” filmi çəkildi” - VİDEO

Hazırda oxunan: İlham Namiq Kamal: “Heydər Əliyevin təklifi ilə “Qayınana” filmi çəkildi” - VİDEO

135050

“Heydər Əliyev Musiqili Komediya Teatrında “Qayınana” tamaşasına baxmışdı. Təkrarsız sənətkarımızın Nəsibə xanım Zeynalovanın ustadlığını görəndən sonra Ulu Öndər "Bu tamaşanı filmə çəkin" demişdi. Məhz Heydər Əliyevin təklifi ilə “Qayınana” filmi çəkildi”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Qaynana” filmində Ayazın dostu İlqarı canlandıran Xalq artisti İlham Namiq Kamal “ATV səhər” verilişində müsahibəsində deyib. 

74 yaşlı sənətkar 1979-cu ildə ilk dəfə ekranalara çıxan sözügedən əsərin uğurundan bəhs edib:  

“Qayınana” filminin üzərindən uzun zaman keçib, amma bu gün də hər bir bayramda, xoş gündə bir sovqat kimi tamaşaçılara təqdim olunur. İzləyənlər deyir ki, mən birinci dəfədir ki, bu filmə baxıram. 45 ildir baxır bu filmə (gülür). Çox qəribədir. Bu da bizim filmimizin uğurudur”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO