Azərbaycanlı kinorejissora İranı tərk etməyə icazə verildi - 14 ildən sonra 

Azərbaycanlı kinorejissora İranı tərk etməyə icazə verildi - 14 ildən sonra 

Hazırda oxunan: Azərbaycanlı kinorejissora İranı tərk etməyə icazə verildi - 14 ildən sonra 
133009
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranın Azərbaycan əsilli məşhur kinorejissoru Cəfər Pənahi 14 ildən sonra ilk dəfə ölkəni tərk edib.

Bizim.Media Euronews telekanalına istinadən xəbər verir ki, bu barədə informasiyanı onun həyat yoldaşı yayıb. O, əri ilə hava limanına gələrkən çəkilən şəklini "İnstagram"da yerləşdirib.

Dissident kinorejissorun vəkilinin sözlərinə görə, fevral ayında yenidən həbsdən çıxan sənətçi bir müddət Fransada qalacaq.

62 yaşlı Pənahi karyerasının çox hissəsini İran hakimiyyətinin nəzarəti altında keçirib. O, 2010-cu ildə “sistem əleyhinə təbliğat apardığına görə” 6 il həbs cəzasına məhkum edilib və ölkədən çıxışına qadağa qoyulub. Amma bu, onun 2015-ci ildə “Taksi” filminə görə Berlin Film Festivalının ən yüksək mükafatını almasına mane olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO