Azərpaşa Nemətovun yerinə bu xanım GƏTİRİLİR

Azərpaşa Nemətovun yerinə bu xanım GƏTİRİLİR

Hazırda oxunan: Azərpaşa Nemətovun yerinə bu xanım GƏTİRİLİR

131872

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər - direktoru vəzifəsinə rejissor Mehriban Ələkbərzadə gətirilir.

Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə sözügedən vəzifəyə təyin olunacaq. 

Qeyd edək ki, Mehriban Ələkbərzadə "Space" televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu "Dünən, bu gün, sabah", "Telebenefıs", "Fövqəl dünya və mən" bədii kompozisiyaları silsilə proqramlar arasında xüsusi yer tutur. O, bu televiziya kanalında dörd seriyalı "Qırmızı Terror və ya Mircəfər Bağırov", "Azərbaycan xanlıqları" bədii-sənədli filmlərin rejissorudur. 

Mehriban Ələkbərzadə AMEA-nın "Yeni tarix" şöbəsinin elmi işçisidir. 2017-2022-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissor kimi fəaliyyət göstərib. 2022-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışır.

Xatırladaq ki, bu ilin aprel ayının 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətov 76 yaşında dünyasını dəyişib.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO