Nazir: Azərbaycan mədəniyyətinin 2020-2040-cı il inkişaf strategiyası hazırlanır

Nazir: Azərbaycan mədəniyyətinin 2020-2040-cı il inkişaf strategiyası hazırlanır

Hazırda oxunan: Nazir: Azərbaycan mədəniyyətinin 2020-2040-cı il inkişaf strategiyası hazırlanır

131834

"Azərbaycan mədəniyyətinin 2020-2040-cı il inkişaf strategiyası sənədi hazırlanır. Ümid edirik bu forumda səsləndirilən fikirlər, təkliflər həmin strategiyaya öz töhfəsini verəcək".

Bizim.Media xəbər verir ki, bunu “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumunda çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli deyib.

“Cəmi 10 gün bundan öncə burada Teatr forumu təşkil edilmişdi. Teatr sahəsində dəyərli insanlar bir araya gələrək müzakirələr aparmışdılar. Ümid edirik Kino forumunda da müzakirələr əsnasında problemlərin həlli yolları müəyyən ediləcək”, - deyə nazir əlavə edib.

O bildirib ki, forum Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzi tərəfindən təşkil edilib:

“Burada yığışmağımızın əsas məqsədi hazırda Azərbaycan kino sənətinin üzləşdiyi problemləri müzakirə etmək, eyni zamanda perspektivləri müzakirə etmək, onların həlli yollarını düşünməkdir”.

Nazir vurğulayıb ki, Heydər Əliyevin 100 illiyi çərçivəsində bu il mədəniyyətin digər sahələrinə aid forumlar da keçiriləcək:

“Azərbaycan mədəniyyətinin inkişaf istiqamətində işlər görüləcək, “Azərbaycan mədəniyyətin inkişaf strategiyası 2020-2040” sənədinin hazırlanması istiqamətində fəaliyyəti sizinlə həyata keçirəcəyik. Bu baxımdan forumun böyük əhəmiyyəti var”.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO