Xalq artisti Azərbaycan Prezidentinə TƏŞƏKKÜR ETDİ - FOTO

Xalq artisti Azərbaycan Prezidentinə TƏŞƏKKÜR ETDİ - FOTO

Hazırda oxunan: Xalq artisti Azərbaycan Prezidentinə TƏŞƏKKÜR ETDİ - FOTO

129840

Xəbər verdiyimiz kimi, Xalq artisti Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına yeni direktor təyin olunub.  

Bizim.Media xəbər verir ki, sənətçi ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. 

O, sosial şəbəkə hesabındakı paylaşımında yeni təyinatı ilə bağı bunları qeyd edib: 

“Əziz dostlar, çoxlarınızın bildiyi kimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi mənə həvalə olunub.

Belə yüksək etimada görə dərin minnətdarlığımı bildirirəm. Mən tam əminəm ki, biz birlikdə ölkəmizdə opera və balet sahəsini inkişaf etdirəcəyik və bunun üçün əlimizdən gələni edəcəyik. Mənə dəstək olan və inanan hər kəsə təşəkkür edirəm. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım ölkəmizdə mədəniyyətin inkişafına daim böyük diqqət yetirir, mədəniyyət xadimlərinə dəstək verir, istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda həyata keçirilən çox mühüm layihələrə dəstək olurlar. Əminəm ki, biz birlikdə teatrımızı tamamilə yeni Beynəlxalq səviyyəyə çıxaracağıq”, - deyə Y.Eyvazov vurğulayıb. 








Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO