Mədəniyyət Nazirliyi Azər Paşa Nemətovun ölümü ilə bağlı nekroloq yaydı

Mədəniyyət Nazirliyi Azər Paşa Nemətovun ölümü ilə bağlı nekroloq yaydı

Hazırda oxunan: Mədəniyyət Nazirliyi Azər Paşa Nemətovun ölümü ilə bağlı nekroloq yaydı

129790

Mədəniyyət Nazirliyi Xalq artisti Azər Paşa Nemətovun ölümü ilə bağlı nekroloq yayıb.

Bizim.Media xəbər verir ki, nekroloqda deyilir ki, Azərbaycan mədəniyyətinə və teatr ictimaiyyətinə ağır itki üz verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Xalq artisti Azər Paşa Nemətov vəfat etdi


Mili teatr sənətində müstəsna xidmətləri olmuş görkəmli rejissor, Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azər Paşa Zəfər oğlu Nemətov aprelin 9-da, ömrünün 76-cı ilində vəfat edib.

1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqına da rəhbərlik edən Azər Paşa Nemətovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib.

Teatr sənəti sahəsində xidmətlərinə görə 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adlarına, 2007-ci ildə “Şöhrət”, 2022-ci ildə “Şərəf” ordenlərinə layiq görülüb.
Allah rəhmət eləsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO