Xəbər verdiyimiz kimi, Türkiyənin nüfuzlu "Altın Kelebek" mükafatlarının təqdimolunma mərasimi baş tutub. Azərbaycanın üç sənətçisi də "Azərbaycanın ən parlaq ulduzu" nominasiyasını almaqla mükafatçılar sırasında olub.
Bizim.Media xəbər verir ki, Xalq artisti Röya Ayxan "Altın Kelebek"in səhnəsinə çıxaraq aktrisa Türanə Hüseynliyə, müğənnilər Nazryn və Ayaz Babayevə mükafatı təqdim edib.
Türanə ilə Ayazın çıxışı xüsusi ilə olaraq diqqət çəkib.
Türanə çıxışında göz yaşlarına qərq olub. O, "Altın Kelebek" mükafatını "Öz gücünə güvənən Azərbaycan xanımları"nın adına aldığını dilə gətirib.
Həyacandan dili-dodağı əsən Ayaz isə səhnədə "Bu gün dekabrın dördüdür. Səkkiz ilə əvvəl bu gündə xoşaqəlməz bir hadisə oldu. Həmin gün neftçilərimiz həyatını itirdilər. Bu mükafarı onlara ithaf etmək istəyirəm" sözlərini deyərək qəhərlənib.
Rəşad Əliyev, Bizim.Media