Kukla Teatrındakı yoxlamalar nə yerdədir?

Kukla Teatrındakı yoxlamalar nə yerdədir?

Hazırda oxunan: Kukla Teatrındakı yoxlamalar nə yerdədir?
106721
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlama aparmaqda davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə sözügedən teatrın mətbuat katibi Həmidə Rüstəmova “Facebook”da yaydığı videomüraciətdə bildirib.

Onun sözlərinə görə, yoxlamalar teatrın gündəlik işinə mane olmayıb:

“Cari tamaşalarlar oynanılır, yeni tamaşalarımızın məşqləri öz tempində davam edir”.

H. Rüstəmova bildirib ki, yoxlamalar bitdikdən sonra bununla bağlı mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, noyabrın 21-dən Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlama aparır. İddia olunur ki, teatrın rejissoru Səidə Haqverdiyevanın Mədəniyyət Nazirliyini tənqid etməsindən sonra teatra qarşı təzyiqlər başlayıb və yoxlamalar da bununla bağlıdır. 
Nazirliyin mətbuat katibi Nuridə Allahyarova isə bildirib ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən teatrlarda yol verilən pozuntu hallarına dair  nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO