Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının ''Nizami ili''nə töhfəsi

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının ''Nizami ili''nə töhfəsi

Hazırda oxunan: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının ''Nizami ili''nə töhfəsi

10107

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı «Nizami il»i çərçivəsində yeni bir tamaşanın – görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “ Nizami “ baletini səhnəyə qoyacaq.

Teatrın mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, balet Azərbaycan və dünya poeziyasına dəyərli incilər bəxş etmiş şair və mütəfəkkirin həyat və yaradıcıllığına həsr edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Opera və Balet Teatrı təmir ediləcəkmi? – “Gözlər Anar Kərimova dikilib...” – ÖZƏL ARAŞDIRMA


Layihənin təşəbbüsçüsü və rəhbəri – teatrın direktoru, Əməkdar incəsənət xadimi Akif Məlikov, musiqi rəhbəri və dirijoru – Əməkdar artisti Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduz, quruluşcu baletmeysteri Xalq artisti Kamilla Hüseynova, quruluşcu rəssamı isə Əməkdar Mədəniyyət işçisi Tehran Babayevdir.

Hazırda yaradıcı qrup quruluş üzərində gərgin iş aparır: dramaturji və musiqi materialı üzərində son redaktə işləri həyata keçirilir, tamaşanın dekorasiya və kostyum eskizləri hazırlanır, sxematik xoreoqrafik kompozisiyası müəyyən olunur, rol bölgüsü aparılır.

Teatr yeni quruluşunu bu ilin yazında tamaşaçılarına təqdim etməyi nəzərdə tutub.

İltifat, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO