Dünyanı telefonla ölçmək olacaq

Dünyanı telefonla ölçmək olacaq

Hazırda oxunan: Dünyanı telefonla ölçmək olacaq

74336
Real obyektlərin 3D məkanda ölçülməsinin tədqiqatını aparan tədqiqatçılar adi mobil telefonda mövcud olan kamera və akselerometri istifadə edərək yeni texnologiya yaradıblar.

Karnegi Mellon Universitetində yaradılan sistemlə telefonu ətrafa fırladaraq 3D dünya modeli yaratmaq olar.

Akselerometrlər inersiyanı ölçmək vahidi kimi adlanan telefonun proqram təminatına telefonun yerləşdiyi məkan barədə təxmini məlumat verir. Kamera ilə birlikdə akselerometrin istifadəsindən çox dəyərli nəticələr almaq olar.

Alət tək mobil telefonla, demək olar, hər şeyin 3D modelini düzəltmək imkanını verir.

Tədqiqatçılar, bu texnologiyanın özünü idarə edən avtomobillərdə bahalı radarları əvəz edəcəyini ehtimal edirlər.

Onlar texnologiyanın bütün imkanlarını nümayiş etmək üçün istifadəçilərin özlərinə uyğun eynək karkasını tapmaları üçün "Smart Fit" adlandırılan əlavə proqram hazırlayıblar. (ICTnews)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO