"Zaryadkaya" ehtiyacı olmayan telefon - VİDEO

Hazırda oxunan: "Zaryadkaya" ehtiyacı olmayan telefon - VİDEO

71109
Yaponiya şirkəti "Kyocera" enerji doldurmağa ehtoyacı olamayan smartfonu təqdim etməyə hazırlaşır.

ANS PRESS-in məlumatına görə, telefon günəş işığının enerjisini udaraq akkumulyatoru dolduracaq.

"Kyocera" smartfonlarının artıq bu cür mövcud olan modeli var. Yeni model əhəmiyyətli dərəcədə müasirləşdiriləcək. Ekranı bağlayan qoruyucu şüşənin altında günəş batareyasını təşkil edən xüsusi işığa həssas qat yerləşdirilib.

Ekranın səthinə düşən işıq şüaları düz akkumulyatora düşüb elektrik enerjisinə çevrilir. Günəş işığını udan qat şəffafdır - 90 faizə qədər şüa onun arasından keçir.

Yeni model haqda yaxın günlərdə ətraflı məlumat veriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO