
- A-
- A
- A+
Maraqlı
15:30 / 22.03.2023
2 dəq oxunma
Almaniyanın özəl klinika şəbəkəsi Bakıda işləmək üçün -xa0 PREZİDENTƏ MÜRACİƏT ETDİ
Hazırda oxunan: Almaniyanın özəl klinika şəbəkəsi Bakıda işləmək üçün -xa0 PREZİDENTƏ MÜRACİƏT ETDİ
614926
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Almaniyanın özəl klinikalar şəbəkəsi olan məşhur «Sana Clinic» şirkəti Azərbaycan bazarına daxil olmaq və burada fəaliyyət göstərmək niyyətindədir.
«Sana Clinic»in maraqlarını təmsil edən «Falk and Zeitung» konsaltinq şirkətinin baş icraçı direktoru Tomas Falk bununla bağlı martın 13-də prezident İlham Əliyevin Almaniya iş adamları ilə görüşündə dövlət başçısına müraciət edərək şirkətin bu arzusunu bildirib.
Qeyd edək ki, «Sana Hospital Group» Almaniyada yayılmış 50-dən çox görkəmli xəstəxana və 25-dən çox tibbi xidmət mərkəzi ilə almandilli regionda ən böyük səhiyyə təminatçılarından biridir. «Sana» klinikaları hər il dünyanın müxtəlif yerlərindən 2 milyon xəstənin müalicəsi və diaqnostikası ilə məşğul olur.
Klinikalar qrupunun 600-dən çox baş həkimi, 4500 tibb işçisi və 11 000 tibb bacısı heyəti var. Burada demək olar ki, tibbin bütün istiqamətləri üzrə xidmətlər göstərilir.
Prezidentlə görüşdə «Falk and Zeitung» konsaltinq şirkətinin baş icraçı direktoru Tomas Falk bildirib ki, «Sana Clinic» bütün Avropada tibbi avadanlığın istehsalı şəbəkəsinə də malikdir. «Hazırda «Sana Clinic» Mərkəzi Asiyada ambulator tibbi xidmətlər göstərir. Bundan sonra istərdik ki, Azərbaycan kimi ölkələrin də tibbi xidmətlər bazarına daxil olaq. Ümidvaram ki, qeyd edilən səhiyyə sektoruna aid layihələr üzrə müştərilərimin fəaliyyəti üçün dəstək alacağam. Biz müvafiq vaxtda həmin məqsədlə görüşlər keçirmək üçün Azərbaycana səfər etməkdən məmnun olardıq»-deyə şirkətin təmsilçisi niyyətini açıqlayıb. (fed.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.




























































































