Tətil çəkisindən 10 addımda qurtulun

Tətil çəkisindən 10 addımda qurtulun

Hazırda oxunan: Tətil çəkisindən 10 addımda qurtulun

29793
Mükəmməl bit tətil keçirdiniz, yeyib, içib, gəzib əyləndiniz. Hər şey əladır. Ta ki evə qayıdıb güzgü qarşısına keçənə kimi. Artıq çəkiləri görüb qorxmayın. Moderator.az sizə qısa zamanda alınan artıq çəkidən sağlam qurtulmağın üsullarını təklif edir. Ən əsası 10 qaydaya diqqət edin. 

Kifayət qədər yatmağa çalışın
7-8 saatdan az yatanlar, erkən yatanlar kökəlməyə meyillidirlər.
Ac qalmayın
Ac qalanda və ya çox az kalori qəbul edəndə beyin bədənə yağ toplaması haqqında siqnal ötürür. Bədəni qıtlıq hissinə salmamaq üçün çalışın ac qalmayın. Tez-tez amma az yemək, çərəz və ya meyvə yeyin. 
Gözdən yayınsanız...
Hamının arada pəhrizləri pozduğu günlər var. Amma bəzən gün ərzində 10 şokolad yesəniz belə qaldığınız yerdən pəhrizə davam edin. Özünüzü daha yaxşı hiss etmək üçün gəzintiyə çıxın, növbəti gün üçün proqram hazırlayın. 



Səhər acı bibər yeyin
Səhər yeməyində acı yemək iştahı azaldır. Acı bibər beyindəki doyma mərkəzinə təsir edərək, aclığı daha az hiss etməyinizə yardım edir. 


Rejim qurun
Soyutma toyuq və ya tərəvəzli salat, balıq kimi sağlam qidaları seçin və hər gün eyni vaxtda yeməyə çalışın. Yanınızda aclığı öldürmək üçün kpk, alma, çərəz kimi faydalı məhsullarda olsa yaxşı olar. 


Su için 
Bədən hər zaman aclıqla susuzluğu ayırd etməyə bilər. Aclıq hiss edən kimi ilk olaraq bir-iki stəkan su için. Əgər aclıq hissi gedirsə, özünüzü doymuş hesab edirsinizsə demək əslində siz susuzlamışsınız. 


Atışdırın
Yeməkdən öncə nəisə atışdırmaq iştahı azaldır. Bunun üçündə yeməkdən azı 30 dəqiqə əvvəl fındıq,qoz və ya kiçik bir meyvə yeyin. Bunlar mədənin quruldamasına səbəb olan ghrelin hormonunu tənzimləyir. 



Kiçik boşqab 
Yeməklər üçün ənənəvi boşqab yerinə daha balaca ölçüyə malik qablar seçin. Nəticədə az yemək götürsəniz belə boşqab dolu görünəcək və beyin bu görünüşə aldanacaq. 

Televizoru söndürün
Televizor izləyənlər daha çox yemək yeyir. Çünki onların diqqəti kanallara yönəldiyi üçün nəyi nə qədər yediklərinə nəzarəti itirilər, doyduqlarının fərqinə varmırlar. 




İdman 
Lift yerinə pilləkən, avtobus yerinə gəzinti, kafedə görüş yerinə isə parkda yürüyüşü seçin. Hər kişik addım belə arıqlamaq yolunda bir irəliləyişdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO