Gələcəyin holoqramlı ev yardımçısı –  VİDEO

Gələcəyin holoqramlı ev yardımçısı – VİDEO

Hazırda oxunan: Gələcəyin holoqramlı ev yardımçısı – VİDEO

216291
Cənubi Koreyanın “Samsung” şirkəti süni intellekt sahəsi ilə bağlı bir sıra layihələrinin təfsilatlarlarını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Newru.com” məlumat yayıb.

xa0“C-Lab” eksperimental laboratoriyasının konsept layihələrindən biri holoqramlı virtual ev yardımçısı olacaq.xa0xa0

“Aurora” adını almış sistemə mobil tətbiq və istifadəçinin smartfonu yerləşdirdiyi xüsusi cihaz daxildir. Smartfon qeyri-adi dok stansiyada elektrik qidası alan zaman, humanoid yardımçını əks etdirən psevdo-holoqram peyda olur.

Nümayiş xarakterli videoçarxa görə, “Aurora” istifadəçinin müxtəlif sorğularını anlaya bilir, onunla dialoq qurur, əşyaların psevdo-holoqramlarını yarada bilir, telefon zənglərini qəbul edir.

Yardımçı eyni zamanda smartfonun kamerası hesabına insan jestləri və emosiyalarını tanıya bilir, insanın əhval-ruhiyyəsinə uyğun olaraq adekvat reaksiya göstərir.

Layihənin 9-18 mart tarixlərindəxa0 ABŞ-ın Ostin şəhərində keçiriləcək “SXSW” konfransında təqdim olunacağı gözlənilir.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO