Ad günü keçirmək qadağan olundu  - MƏMURLARA XƏBƏRDARLIQ...

Ad günü keçirmək qadağan olundu - MƏMURLARA XƏBƏRDARLIQ...

Hazırda oxunan: Ad günü keçirmək qadağan olundu - MƏMURLARA XƏBƏRDARLIQ...

192473
Tanınmış ruhani dövlət telekanalıyla canlı yayımda çıxış edərək doğum gününün keçirilməsini qadağan edən fətva verdi.xa0

Moderator.az xarici İslam saytlarına istinadla yazır ki, söhbət Səudiyyə Ərəbistanından gedir.xa0

Krallığın məşhur din xadimi Abdulla əl-Mutləkin ad gününü qadağan edən fətvası ölkədə geniş müzakirə və mübahisələrə səbəb olub. Ruhani hesab edir ki, doğum günü kimi şənliklər ailə büdcəsinə baha başa gəlir. Amma artıq imkanları olan müsəlmanlar belə, həmin vəsaitləri daha layiqli işlərə xərcləməlidirlər. Bir çox ölkə sakinləri ruhaninin fətvasının sağlam düşüncəyə söykəndiyini qeyd eədərək ona dəstək veriblər. Bəziləri isə hesab edir ki, ailə büdcəsi din xadimlərinin məşğul olacağı məsələ deyil.

P.S. Əslində İslam baxımından, ümumiyyətlə, doğum gününü qeyd etməyi günahxa0 hesab etmək doğru deyil.xa0 Vəhhabilik kimi bəzi qondarma dini cərəyanlar insanları İslamdan uzaqlaşdırmaq üçün bu cür sərtxa0 qadağalar tətbiq edirlər. Belələri hətta Peyğəmbərin(s) və digərxa0 müqəddəs, tanınmış şəxslərin mövludunu keçirməyi də haram sanırlar. Halbuki, Allahın insan üçün haram və günah buyurduğu əməl və davranışların yer almadığı istənilən tədbirə qadağa qoymaq doğru deyil. Sadəcə, hər bir tədbirdə haram-halal çərçivəsinixa0 gözləmək gərəkdir.

İslam.az saytı isə doğum günü keçirilməsinin islami qaydaları haqda maraqlı şərh verib:xa0

“Ad günü insanı təkəbbürə salmamalıdır. Əgər kimsə qohumları və dostları bir araya yığmaq, onlarla görüşmək, sileyi-rəhim etmək niyyəti ilə doğum günü keçirirsə, bunu təqdirəlayiq hal hesab etməliyik. Yox, əgər kimsə özünü göstərmək, hədiyyə toplamaq, haram üsullarla əylənmək üçün ad günü keçirirsə, əlbəttə, günah edir. İkincisi, ad günü məclislərində israfa yol vermək, hədsiz təmtəraqlı süfrə açmaq olmaz. Üçüncüsü, məclis haramdan uzaq şəkildə keçirilməlidir. Süfrədə halal yeməklər olmalı, haram qida və içkilərdən çəkinməli, naməhrəmlik şərtləri gözlənməlidir. Əgər bu qaydalara riayət edilərsə, ad günü keçirmək icazəlidir...”x9d


Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO