Rəhim Rəhimlinin illər əvvəlki AÇIQLAMASI:

Rəhim Rəhimlinin illər əvvəlki AÇIQLAMASI: "Fəxri ad almadığıma görə heyfslənməmişəm" - VİDEO

Hazırda oxunan: Rəhim Rəhimlinin illər əvvəlki AÇIQLAMASI: "Fəxri ad almadığıma görə heyfslənməmişəm" - VİDEO

96805

"Fəxri ad almadığıma görə heç vaxt heyfslənməmişəm".  

Bizim.Media xəbər verir ki, bu sözləri ötən gün gecə saarlarında 43 yaşında ürəktutmadan dünyasını dəyişən bəstəkar-müğənni Rəhim Rəhimli illər əvvəl həmkarı Murad Arifin "YouTube" layihəsində qonaq olduğu zaman söyləyib.  

Rəhim bildirib ki, fəxri ad almaq heç vaxt marağında olmayıb.  

"Belə şeylərə boş baxıram. Fəxri ad istəmirəm... İnsanları məni küçədə görüb gülümsəməsi, xoş söz yazmaları, könül qırmamaq, ən çətin zamanda kömək etmək və o sevinc hisslərini görmək mənim üçün hər şeydən önəmlidir.  

Vəzifə, status gözümdə deyil. Hərdən özümə sual verirəm, mən ulduzammı?", - deyə Rəhim fikirlərini ifadə edib.  

Qeyd edək ki, Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından 43 yaşında vəfat edib. TƏBİB-in açıqlamasında müğənninin bununla yanaşı, ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası olduğu bilirilib.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO