Səhhəti pisləşən Xalq artisti ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Səhhəti pisləşən Xalq artisti ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Hazırda oxunan: Səhhəti pisləşən Xalq artisti ilə bağlı TƏBİB-dən AÇIQLAMA

93410

Xəbər verdiyimiz kimi, uzun müddətdir səhhətində problem olan Xalq artisti Ənvər Həsənovun vəziyyəti ötən gün yenidən pisləşib.

Bizim.Media xəbər verir ki, aktyorun qızı Aytən Həsənova onun xəstəxanaya getməkdən imtina etdiyini açıqlayıb.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında TƏBİB-dən bildirilib ki, Xalq artisti xəstəxanaya daxil olan zaman onda bir sıra yanaşı xəstəliklər müşahidə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Xalq artisti evə buraxıldı - AİLƏSİNDƏN AÇIQLAMA


"Xalq artisti Ənvər Həsənov 27.08.2022-ci il tarixində saat 10:20 radələrində TƏBİB-in tabeliyindəki Xəzər Tibb Mərkəzinə bronxit pnevmoniya diaqnozu ilə daxil olub. Eyni zamanda, onun şəkərli diabet və hipertoniya kimi xəstəlikləri də olub.

Xəstə daxil olarkən onda ümumi zəiflik, halsızlıq, tək-tək öskürək, hərarətin yüksək olması və yuxusuzluq müşahidə olunub. Ənvər Həsənov 30.08.2022-ci il tarixində “Yeni klinika” tibb müəssisəsində döş qəfəsinin KT (kompüter tomoqrafiya) müayinəsindən keçib. Müayinə nəticəsində sağ ağciyər orta payda, sol ağciyər yuxarı və aşağı paylarda zəif intensivli “buzlu şüşə” mənzərələri aşkar olunub.

Bildirilib ki, COVID-19 testi pozitiv çıxan Ənvər Həsənovu müayinə üçün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan həkim-pulmonoloq dəvət edilib və müayinə nəticəsində sənətkarın vəziyyəti stabil müəyyənləşdirilib.

“Müalicəsinə davam edilən aktyor 03.09.2022-ci il tarixində ağciyər rentgenoqrafiyası müayinəsindən keçib və ağciyərində pozitiv dinamika müşahidə edilib. Həmin gün xəstə öz və ailə üzvlərinin istəyilə tibb müəssisəsini tərk edib.
Daha sonra yenidən Xəzər Tibb Mərkəzinə müraciət edən Ənvər Həsənov üçün Elmi-Tədqiqat Kardiologiya İnstitutuna göndəriş verilib və həmin müəssisədə EXO (exokardioqrafiya) müayinəsindən keçib. Bu gün isə pasiyentə baş-beyin nahiyələrinin yoxlanılması məqsədilə MRT (maqnit rezonans tomoqrafiya) müayinəsi təyin olunub",-deyə TƏBİB-dən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO