Niyamla “evlilik şousu” Aynura baha başa gəldi: “Həyatımı məhv etdim” - VİDEO

Niyamla “evlilik şousu” Aynura baha başa gəldi: “Həyatımı məhv etdim” - VİDEO

Hazırda oxunan: Niyamla “evlilik şousu” Aynura baha başa gəldi: “Həyatımı məhv etdim” - VİDEO

91309

“Bilirdim ki, bu, şoudur. Oğlumu mənim Niyamla ailə qurmaq məsələsini başqa cürə çatdırdılar. Onu başqa fikirlərlə mənə qarşı doldurdular, qalmaqal yaratdılar. Ana ilə övladın arasına girmək olmaz”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova qonaq olduğu “YouTube”da yayımlanan “Tarix Əliyev ilə Səmimi” layihəsində deyib. 

Sənətçi duet ortağı Niyam Salami ilə evlənəcəyi ilə bağlı yayılan söz-söhbətlərin ailəsində xüsusilə oğlu ilə aralarında qalmaqalın yaşandığını açıqlayıb.    

“Oğlumun 16 yaşı var. Onunla söhbətim oldu. Dedim ki, sənətimə özün bələdsən. Getdiyim yerə mənimlə birgə gəl və yanımda ol. Sənin anan yalnış həyat tərzi yaşayan qadın deyil. Oğluma söylədim ki, sən ananla fəxr edə bilərsən.
Sabah bir dostunun, yaxınının yanında müğənni olmağıma baxmayaraq mənə görə utana bilməzsən. Ona görə deyirəm ki, həyatımı məhv etdim. Çünki övladlarım, doğmalarım, dayım, onun gəlini var.  Ata tərəfim Amerikada, Almaniyada yaşayır. Nəyə görə onların yanında Aynur adı çəkiləndə artıq bir sözlər deyilməlidir. Tamaşaçı məni heç zaman belə bir söz-söhbətlərdə və məsələlərdə görməyib. Onlar məni belə qəbul etməyiblər”. 

Qeyd edək ki, Aynur Dadaşovanın boşandığı ərindən bir qızı və bir oğlu var.   

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO