Məşhurların 17 yaşlı Laçının imtahandan kəsildiyi üçün intihar etməsinə REAKSİYASI - FOTO

Məşhurların 17 yaşlı Laçının imtahandan kəsildiyi üçün intihar etməsinə REAKSİYASI - FOTO

Hazırda oxunan: Məşhurların 17 yaşlı Laçının imtahandan kəsildiyi üçün intihar etməsinə REAKSİYASI - FOTO

85385

17 yaşlı Laçının imtahanda yüksək bal toplaya bilməməsi və bu səbəbdən valideynlərinin təzyiqi ilə üzləşdiyi üçün canına qəsd etməsi gündəmə səs salıb. Qızın intihar etməzdən əvvəl paylaşdığı status isə sosial mediada müzakirə predmetinə çevrilib.

Bizim.Media xəbər verir ki, bir sıra məşhurlar sosial şəbəkə hesablarında qandonduran hadisə ilə bağlı fikirlər səsləndiriblər.

Aparıcı Aytən Səfərova məsələyə bu cür münasibət bildirib:

“Hər bir valideyn övladına görə cavabdehdir. Həm bəndələrin, həm də Allahın qarşısında. İndi gedin, cavab verin. Görək hansı cavabdan daha yüksək bal toplaya biləcəksiniz? Siz bu imtahandan keçə biləcəksinizmi?”.
Müğənni Elnarə Xəlilova övladı ali məktəbə qəbul olmayan valideynlərə müraciət edib:

“Etməyin, eləməyin belə, əziz valideynlər. Övladınız ali məktəbə qəbul olmadı? Canınız sağ olsun. Verin peşə məktəbinə, dərziliyə, vizajistliyə, aşpazlığa. Bir məşğuliyyət tapın uşağınıza. Oğlunuzu da həmçinin: getsin ofisiant işləsin, maşın yusun, usta işləsin. Amma canına qoymayın, qəsd etsin. Xahiş edirəm sizdən, yalvarıram sizə”.

Aparıcı Leyla Quliyeva isə fikirlərini bu cür nəql edib.

“Və bundan sonra “ata” yaşamağa davam edir. Yəni bir imtahan insan həyatından önəmlidir?! O qızcığaz qəbul imtahanından kəsilmişdi, sadəcə qəbul imtahanından…”. 

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO