Stilist Anar avtomobilini göstərib, acıq verdi:

Stilist Anar avtomobilini göstərib, acıq verdi: "3 manat 50 qəpik ödəyirəm" – VİDEO 

Hazırda oxunan: Stilist Anar avtomobilini göstərib, acıq verdi: "3 manat 50 qəpik ödəyirəm" – VİDEO 

83692

Azərbaycanda benzinin qalxması bir sıra məşhurların etirazı ilə qarşılansa da, bu artım dünya şöhrətli stilist Anar Ağakişiyevin cibinə təsirsiz ötüşüb.  

Bizim.Media xəbər verir ki, stilist sosial şəbəkə hesabında avtomobilinin hibrid olduğunu açıqlayaraq, şou əhlinə acıq verib.  

“Electro car” alanda bir çox dostlarım mənə gülüb, ağız büzdülər. Söylədilər ki, avtomobilini enerji ilə doldurmaq üçün yarım saat məntəqədə oturub gözləyəcəksən. Uzaq görən insanam. Lazım gəlsə, 40 dəqiqə də oturaram. Deyirlər ki, “Son gülən yaxşı gülür”. Gəlirəm yarım saat 3 manat 50 qəpik ödəyirəm və 400 km yaxın enerji ilə avtomobilimi təmin edirəm”- deyə, Anar bildirib.  

Xatırladaq ki, aparıcı - aktyor İlkin Həsəni ötən gün benzinin qiymətinin artmasına "Pisəm. Həftəlik büdcəyə 30 manat əlavə olundu" – deyə reaksiya bildirib.  

Qeyd edək ki, Azərbaycanda iyul ayının 12-dən 13-nə keçən gecə "Aİ-95" premium markalı benzinin satışı 2,00 AZN-dən, "Aİ-98” markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO