Bayram

Bayram "TikTok"da Pərvinə 700 manatlıq hədiyyə göndərdi - VİDEO

Hazırda oxunan: Bayram "TikTok"da Pərvinə 700 manatlıq hədiyyə göndərdi - VİDEO

83608

Aktrisa Pərvin Abıyevaya bahalı hədiyyə verilib.

Bizim.Media xəbər verir ki, özünü ekstrasens adlandıran Bayram Nurlu aktrisanın "TikTok" sosial şəbəkə platformasında açdığı canlı yayımına qoşularaq, ona dəyəri 700 manat olan "TikTok Universe" adlı ən bahalı hədiyyəni göndərib.

Hədiyyəni görən P.Abıyeva təəccübünü gizlədə bilməyib, "Üzünə nəhlət olmasın sənin Bayram. Bu da Bayram, gördünüz!" deyə bildirib.
Bayram canlı yayımda sevgilisi ilə birgə aktrisaya heyranlıqla pərəştiş etdiyi bildirib.

Daha sonra Bayram Pərvinə gələcək qaynatasının şirkətində sima olmaq üçün iş təklifini edib. "Həftə sonu sənə xoş sürprizlərim olacaq", - deyə B.Nurlu söyləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Pərvin Abıyeva rəfiqəsi, "Miss Azerbaijan 2019" Səmra Hüseynova ilə "TikTok"da dalaşıb. Buna səbəb isə qarşı tərəfin Pərvinə deyil, onunla yarışan Ləmana hədiyyə olaraq "Şir" göndərməsi olub.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO