Pərvin ilə Səmra

Pərvin ilə Səmra "TikTok"da "Şir" üstündə DALAŞDILAR - VİDEO

Hazırda oxunan: Pərvin ilə Səmra "TikTok"da "Şir" üstündə DALAŞDILAR - VİDEO

83333

Aktrisa Pərvin Abıyeva ilə "Miss Azerbaijan 2019" yarışmasının qalibi Səmra Hüseynova arasında "TikTok"da qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, tərəflərin sözügedən platformanı savaş meydanına çevirməsinə səbəb isə Pərvinlə fenomen Ləmanın yarışdığı canlı yayımda Səmranın aktrisaya deyil, digər tərəfə ən bahalı hədiyyələrdən sayılan "Şir" atması olub.  

Bundan hiddətlənən Pərvin canlı yayımda Səmraya zəng edərək, onu ağır ifadələrlə təhqir edib.

"Sən hər zaman xəyanətkar olmusan, belə də olacaqsan. Ağılsızam, ömür boyu buna güzəştə getmişəm. Bu qızdan bir dəfə özümə qarşı heç nə görməmişəm. Allahın it küçüyünü belə görməmişəm. Ömür boyu yazır ki, gəl mənə canlıda hədiyyə at. Amma qarşı tərəfə "Şir" atır".

Samrə Hüseyinova isə Pərvinin təhqirlərinə belə cavab verib:

"Pərvin acgözlüyündən oturur "TikTok"da. Dünən canlı yayımında ona "jeton" atdım ki, oyunda uduzmasın. Ayıbdır! Biz nə qədər çörək kəsmişik. Burada oyuna görə ağzına gələni mənə deyirsən".

Qeyd edək ki, bir müddət əvvəl P.Abıyeva ilə S.Hüseynova arasında küsülülük yaşanmışdı. İki illərin rəfiqəsi sonradan biraraya gələrək, barışdıqlarını bildirmişdilər.

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO