Nazilə Səfərli Kəlbəcər arzusunu gerçəkləşdirdi - FOTO/VİDEO

Nazilə Səfərli Kəlbəcər arzusunu gerçəkləşdirdi - FOTO/VİDEO

Hazırda oxunan: Nazilə Səfərli Kəlbəcər arzusunu gerçəkləşdirdi - FOTO/VİDEO

82764

Şairə Nazilə Səfərli Kəlbəcərə yollanıb. 

Bizim.Media xəbər verir ki, o,  işğaldan azad edilmiş Kəlbəcərdən görüntülərini sosial şəbəkə hesabında paylaşıb. 

Kəlbəcərin havasını udan, suyunun isə dadına baxan şairə nəhayət ki, arzusuna çatdığını yazıb. 

"İsti sudan içdiyim suyun dadını heç yerdə dadmamışam. İndi anlayıram böyük şairlər niyə Kəlbəcər deyə-deyə dünyadan köçdü. Ruhunuz şad olsun, Azərbaycan şəhidləri. Kəlbəcərə ilk səfərimdir. Azərbaycan ordusu, bu günü sizə borcluyuq. Şəhidlərin ruhu qarşısında baş əyirəm. Arzuma çatdım, qoy hamı da çatsın" deyə o yazıb.  
Qeyd edək ki, bir müddət əvvəl Nazilə Səfərli sosial şəbəkə hesabında işğaldan azad edilmiş torpaqlara gedə bilməməsi ilə bağlı videomüraciət yaymışdı. 

Rəşad Əliyev, Bizim.Media

 






 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO