Mərhum Rüfət Mehdiyevin qızları:

Mərhum Rüfət Mehdiyevin qızları: "Atamızdan doymadıq" - VİDEO

Hazırda oxunan: Mərhum Rüfət Mehdiyevin qızları: "Atamızdan doymadıq" - VİDEO

82710

 “Atamı itirəndə 11 yaşım vardı. Bəzən düşünürəm ki, bir yaşında Jaləyəm. Heç böyüməmişəm. Atam çox qayğıkeş insan idi. İstəyirdi ki, dəsrlərimizi yaxşı oxuyaq. O, dərslərimizlə maraqlanırdı. Universitetə qəbul olunmağımızı istəyirdi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri bu gün doğum gününü qeyd edən mərhum müğənni Rüfət Mehdiyevin qızı Jalə “ATV səhər” verilişinə müsahibəsində deyib. 

Atası ilə olan xatirələrini dilə gətirən sənətçinin qızı atdıqları addımları yüz ölçüb, bir biçdiyini deyib. 

“Nə addım atırıqsa, atamızın adını yaşatmaq üçün atırıq. Bir şey ediriksə, onu bir dəfə yox, iki dəfə düşünürük. Bunu da sırf Rüfət Mehdiyevin qızı olduğuna görə edirik”. 

Atasının yoxluğu ilə hələ də barışa bilməyən müğənnin böyük qızı Zemfira onu incidən məqamlardan söhbət açıb. 

“Atam sağ olduğu illərdə də istədiyim qədər, doyunca onunla zaman keçirə bilməmişəm. İndiyə qədər də bu, ürəyimdə qalıb, atamdan doymamışam. 17 yaşım olanda o, dünyasını dəyişdi. İllər keçsə də, çox şeyləri qəbul edə bilmirəm. Yenə də onlar məni incidir. Atam qəfil dünyasını dəyişdi. Onunla son dəfə görüşə bilmədik”.  
Qeyd edək ki, Zemfira 2011-ci ildə 41 yaşında qəflətən dünyasını dəyişmiş Rüfət Mehdiyevin ikinci evliliyindən doğulmuş iki qızdan böyüyüdür. Mərhum musiqiçinin ilk ailəsi hazırda Amerikada yaşayır. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO