Rejissor Vüsalə Əlizadəyə QƏZƏBLƏNDİ:

Rejissor Vüsalə Əlizadəyə QƏZƏBLƏNDİ: "Salam-sağol”umuz belə yoxdur" - ÖZƏL –VİDEO

Hazırda oxunan: Rejissor Vüsalə Əlizadəyə QƏZƏBLƏNDİ: "Salam-sağol”umuz belə yoxdur" - ÖZƏL –VİDEO

82561

Tanınmış rejissor Ravin Əliyev aparıcı Vüsalə Əlizadə ilə “kəllə-kəlləyə” gəlib. 

Bizim.Media xəbər verir ki, “7 canlı” axşam şousunda aparıcı “Son zaman Ravin klip sahəsində... Kimi tapdı, klip çəkir (gülür)” söylədiyi kəlmələr qarşı tərəfi hiddətləndirib. 

R.Əliyev sosial şəbəkə hesabında V.Əlizadəyə videomüraciət ünvanlayıb. 

“Efirdə işlətdiyiniz “Kimi tapdı, klip çəkir” sözlər mənə xoş olmadı. Çünki 30 illik təcrübəm və sənətim göz önündədir. Kimisə tapmağa ehtiyacım yoxdur. Sizin “kim” söylədiyiniz müğənnilər, xalqın sevimli sənətkarlarıdır. Hər birinə də hörmətim var. Ola bilər ki, sizin üçün dediyiniz müğənnilər “Kim”dir. Amma onların hər biri mənim üçün dəyərlidir. Ən əsası isə hər biri azərbaycanlıdır. Xahiş edirəm, danışanda sözlərinizə diqqət yetirin”- deyə rejissor bildirib. 

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı “7 canlı” axşam şousunun aparıcısı Vüsalə Əlizadə ilə əlaqə saxlayıb. Lakin o, bu haqda danışmaq istəmədiyini vurğulayıb. 

Qarşı tərəfin, yəni Ravin Əliyevin mövqeyi isə belə olub. 

“Vüsalənin efirdə o cür və o tərzdə danışması doğru deyil. Kimə klip çəkmişəmsə, xalq çox gözəl tanıyır ki, kim kimdir. Heç kim özünü yolun kənarında qoymayıb, zibillikdə də deyil ki, onu axtarım, tapım, çəkim. Vüsalə deyə bilərdi ki, “Ravinin klipləri gündəmdədir”. O xanım aparıcı ilə heç bir yaxınlığım yoxdur. İnsanlar mənə zəng edib deyir ki, siz şou qurmusuz. Bu şou deyil. Vüsalə ilə heç “salam-sağol”um belə yoxdur. Dost deyilik, zarafatımız yox ki, o tərzdə canlı efirdə danışasan”. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO