"Polat Alemdar" niyə dindirildi?

Hazırda oxunan: "Polat Alemdar" niyə dindirildi?

82393

Türkiyədə iyunun 28-i “Sarallar” cinayət təşkilatına qarşı həyata keçirilən əməliyyatla bağlı yeni detallar məlum olub. 

Bizim.Media “Akşam.com”a istinadən xəbər verir ki, məsələ ilə bağlı araşdırma çərçivəsində bir neçə tanınmış şəxsin polis bölməsinə çağırıldığı məlum olub.  

Məlumata görə, dindirilmək üçün çağırılan məşhurlar sırasında müğənni Aylin Coşkun, aktyorlar Necati Şaşmaz, Erkan Petekkaya və aparıcı Sinan Engin də var.  

Qeyd edək ki, sözügedən əməliyyat zamanı 119 nəfər şübhəli şəxs qismində saxlanılıb, çox sayda silah, nağd pul, sənəd və digər materiallar aşkar olunaraq götürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO