Yusif Eyvazovun arvadı 4 milyon avroluq mənzililə GÜNDƏMDƏ – FOTO  

Yusif Eyvazovun arvadı 4 milyon avroluq mənzililə GÜNDƏMDƏ – FOTO  

Hazırda oxunan: Yusif Eyvazovun arvadı 4 milyon avroluq mənzililə GÜNDƏMDƏ – FOTO  
81798
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı Anna Netrebko daşınmaz əmlak xəbərləri ilə gündəmdən düşmür.  

Opera divasının dünyanın müxtəlif ölkələrindəki mənzilləri müzakirə olunur.  

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, sənətçinin Vyanadakı şahlara layiq mənzilinin fotoları yayılıb.  

On ildən artıqdır ki, Avstriya paytaxtında yaşayan opera divası həmçinin oranın vətəndaşıdır. Annanın dupleks mənzilləri şəhərin mərkəzində, “Müqəddəs Stefan Katedrali”nin yaxınlığında yerləşir.  

Obyektin sahəsi 225 kvadratmetrdir. Mənzillər qonşu olub, sonra Netrebko ikisini də alaraq, birləşdirib.

Birinci mərtəbədə panoramalı pəncərələri olan iki qonaq otağı, mətbəx, ayrıca vanna otağı olan yataq otağı, soyunub-geyinmə otağı, qonaq tualeti və məişət əşyalarının saxlanması üçün iki anbar var.  

Birinci mərtəbədə müğənni qonaqları qəbul edirsə, ikincisi isə yalnız sahibə üçündür. Netrebkonun orada yataq otağı, geniş vanna otağı, qarderob və birdən-birə hamamla birləşmiş başqa bir qonaq otağı var.  

Bu mərtəbədən Vyananın görməli yerlərinin möhtəşəm mənzərəsi olan terraslara çıxış var. Möhtəşəm mənzilin qiyməti isə dörd milyon avro (təxminən 7,2 milyon manat) dəyərində qiymətləndirilir.  
Qeyd edək ki, Anna Netrebko Azərbaycanın Xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır. Onlar 2015-ci ildə ailə qurublar.  

Rəşad Əliyev, Bizim.Media

Yusif Eyvazovun arvadı 4 milyon avroluq mənzililə GÜNDƏMDƏ – FOTO   - foto 1
Yusif Eyvazovun arvadı 4 milyon avroluq mənzililə GÜNDƏMDƏ – FOTO   - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO