"Övladımıza görə bir yerdəyik" - Dado 

Hazırda oxunan: "Övladımıza görə bir yerdəyik" - Dado 
7958
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Natavanla evlənəndə hamı nikahımızı saxta adlandırdı. Nə baş verdiyini başa düşə bilmirdik. Niyə tamaşaçılar bizə inanmırdı? 3 il keçib, nə Natavan, nə mən münasibətimizə görə pul qazanmamışıq. Bir neçə duetimiz var idi, amma oxumadıq. Dedik, fikirləşəcəklər ki, duetlərə görə birlikdədirlər".

Bizim.Media xəbər verir ki, bu sözləri reper Dado Əliyev "MTV Azərbaycan"a açıqlamasında deyib.

Sənətçi müğənni Natavan Həbibi ilə evliliyindən danışıb:

"Evliliyimizi saxta bilənlərə sual verirəm ki, necə ola bilər? Boşanma xəbəri çıxanda tamaşaçılar etiraz edir, ayrılmağımızı istəmirlər.

Ailə böyük şeydir, onu saxlamaq lazımdır. Bir-birimizə güzəştə getmirik.

O da liderlik etməyi sevən xanımdır, onun pərəstişkarıyam. Natavanı sevib evlənmişəm.

O da məni sevib.

Biz tədbirə gedəndə təsəvvür edə bilməzsiniz maşında nə qədər dava gedir. 

Övladımıza görə bu gün bir yerdəyik. İstəmirəm ki, övladım valideynlərsiz böyüsün. Nə olur olsun yenidən evə, uşağımızın yanına qayıdırıq". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO