Müğənni Niyam Salami açıqlaması ilə gündəmə damğa vurub.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Şourum" maqazin verilişində övladlığa uşaq götürmək istədiyini açıqlayıb.
N.Salami bildirib ki, övladlığa götürəcəyi həmin uşaq isə qara dərili olmalıdır.
"Mənim artıq uşağım var. Qardaşımın oğlu İsmayıl. Babamın adını ona veriblər. İsmayıla mən baxmıram, yalan deyərəm. Onun valideynləri var və hələ ki, ona onlar baxırlar. Mən İsmayıla universiteti bitirdikdən sonra baxacağam. Evlənənə qədər, mən ölənə qədər evim onundur. İstər Pakistanlı, istər Hindistanlı, nə olur olsun, təki qara dərili olsun. Övladlığa qara dərili uşaq götürmək istəyirəm".
Rəşad Əliyev, Bizim.Media