Damla oğlunun xərclədiyi pullardan danışdı:

Damla oğlunun xərclədiyi pullardan danışdı: "Deyirəm ki, bu qədər saf olma" - FOTO/VİDEO

Hazırda oxunan: Damla oğlunun xərclədiyi pullardan danışdı: "Deyirəm ki, bu qədər saf olma" - FOTO/VİDEO
73264
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Oğlum həyatında "Damlanın oğlu" ilə başlayan bütün cümlələri hər zaman təxirə salıb. Niyə bilsinlər və tanısınlar ki, o, Damlanın oğludur. Rahat olmaq, dostları kimi avtobusa, metroya minmək istəyir. Oğlum kompleksli yaşamağı sevmir".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Damla (Məsumə Məmmədova) oğlu İbrahimlə qonaq olduğu "7 canlı" axşam şousunda deyib. 

Sənətçi oğlu İbrahimin sadə həyat tərzinə üstünlük verdiyini və bədxərc olmadığını dilə gətirib.

"Damlanın oğlu olduğu üçün məcbur deyil ki, bahalı geyinməlidir, pulu çox xərcləməlidir. İbrahim belə xasiyyətdə uşaq deyil. Əksinə, o, çox sadədir. Bəzən onu nəsə almağa göndərəndə, pulun qalığına kimi gətirir. Ona deyirəm ki, İbrahim bu qədər saf olma".

Rəşad Əliyev, Bizim.Media

 

 

Damla oğlunun xərclədiyi pullardan danışdı:
Damla oğlunun xərclədiyi pullardan danışdı:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO