Nazilə Səfərlinin oğlunun nikahı baş tutdu - FOTO/VİDEO

Nazilə Səfərlinin oğlunun nikahı baş tutdu - FOTO/VİDEO

Hazırda oxunan: Nazilə Səfərlinin oğlunun nikahı baş tutdu - FOTO/VİDEO
72365
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şairə Nazilə Səfərlinin oğlu Nurlanın nikahı baş tutub. 

Bizim.Media xəbər verir ki, bu barədə Nazilə sosial şəbəkə hesabında məlumat verib. 

Şairə oğluna analoqu olmayan, ideyası isə özünə məxsus nikah mərasimi təşkil edib. 

O, dağın ətəyində, şəlalənin axdığı bir məkanda az sayda qonağın iştirakı ilə oğlu Nurlanı və onun sevib seçdiyi yarı Nuranəni evləndirib. Lakin cütlüyün görüntülərini Nazilə yayımlamayıb. 

Kadrlarda şəlalənin səsi eyni zamanda xanımların skripkada ifasının əks olunması nikah mərasimini daha da romantikləşdirib. 

Nazilə Səfərli paylaşdığı görüntülərə, "Bu gündən oldum rəsmi qaynana. Yağmurlu havada oğlumun nağıllara bənzər nikahı baş tutdu.

Oğluma nağıllara tay olacaq guşə seçib, tərtib etdik. İdeyası isə özümə məxsusdur" deyə, şərh yazıb. 

Qeyd edək ki, N. Səfərli müsahibələrinin birində gəlini Nuranənin məmur olduğunu açıqlayıb. 

Rəşad Əliyev, Bizim.Media
 


Nazilə Səfərlinin oğlunun nikahı baş tutdu - FOTO/VİDEO - foto 1
Nazilə Səfərlinin oğlunun nikahı baş tutdu - FOTO/VİDEO - foto 2
Nazilə Səfərlinin oğlunun nikahı baş tutdu - FOTO/VİDEO - foto 3
Nazilə Səfərlinin oğlunun nikahı baş tutdu - FOTO/VİDEO - foto 4

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO