Pop musiqisinin kralı Maykl Ceksonun 1983-cü ildə çəkilmiş məşhur "Thriller" klipində geyindiyi qırmızı rəngli dəri pencək 7-9 dekabr tarixlərində Əbu-Dabidə (BƏƏ) hərraca çıxarılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Julien's Auctions" hərrac evi məlumat yayıb.
Məlumata görə, "Michael Jackson: Fashion Legacy" (Maykl Cekson: Moda irsi) mövzulu hərrac çərçivəsində satışa çıxarılacaq gödəkcənin ilkin qiyməti 10 milyon dollar təxmin edilir.
Bu əfsanəvi gödəkcə ilə yanaşı, hərracda Maykl Ceksonun geyim dizaynerləri Dennis Tompkins və Maykl Buş tərəfindən hazırlanmış səhnə geyimləri, kliplərdə istifadə olunan kostyumlar və sənətçinin şəxsi geyimləri də satışa təqdim ediləcək.
Qeyd edək ki, həmin hərrac evi bu qırmızı gödəkcəni daha əvvəl – 2011-ci ildə Kaliforniyada (ABŞ) keçirilən hərracda satmışdı; o zaman geyim 1,8 milyon dollara alıcı tapmışdı.
Bizim.Media































































































