Daha bir müğənni Afətlə qırğına çıxdı: “Bizi cəmiyyətə əxlaqsız kimi göstərir” - (Video)

Daha bir müğənni Afətlə qırğına çıxdı: “Bizi cəmiyyətə əxlaqsız kimi göstərir” - (Video)

Hazırda oxunan: Daha bir müğənni Afətlə qırğına çıxdı: “Bizi cəmiyyətə əxlaqsız kimi göstərir” - (Video)

632101

Müğənni Dəniz Əsədova həmkarı Afət Fərmanqızına qarşı sərt ittihamlar səsləndirib.

Bizim.Media xəbər verir ki, sənətçi BTV-yə açıqlamasında Afət Fərmanqızının Rusiyada yaşamasından bəzi məsələlərdə sui-istifadə etdiyini iddia edib. Dəniz həmkarının Azərbaycan cəmiyyətində müğənnilərlə bağlı səsləndirdiyi fikirlərə etiraz edib.

O bildirib ki, Afət Fərmanqızı sənətçiləri cəmiyyətə yanlış formada təqdim edir və onları əxlaqsızlıqda ittiham edən fikirlər səsləndirir.

"Afət Fərmanqızı adlı qadın Rusiya dövlətinə köçərək orada yaşamasından sui-istifadə edir. O, bizi cəmiyyətə əxlaqsız kimi təqdim edərək bildirir ki, biz dünyaya qeyri-rəsmi övlad gətirmişik", - deyə Əsədova bildirib.

Müğənninin bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. (Milli.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO