Keçmiş dünya çempionu, ukraynalı idmançı Vladimir Kliçko keçmiş həyat yoldaşı aktrisa Hayden Panettyerin qəfil ölümü ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, instaqram hesabında ailə fotosunu paylaşan Kliçko birlikdə keçirdikləri illəri xatırlayaraq yazıb:
"Ailəmiz hazırda dərin kədər və sarsıntı dövrünü yaşayır. Haydenin faciəli ölüm xəbəri məni dərindən kədərləndirdi. O, bu dünyanı çox tez tərk etdi. Hayden artıq mənim həyat yoldaşım olmasa da, həyatımın vacib bir parçası və qızımız Kayanın anası olaraq qaldı".
Kliçko, həmçinin Haydenin valideynlərinə və bu itkinin qəlbində yara buraxdığı hər kəsə başsağlığı verib.
Qeyd edək ki, cütlük 2009-cu ildə görüşməyə başlayıb və 2013-cü ildə nişanlanıb. Cütlüyün 2014-cü ildə bir qızı dünyaya gəlib. Cütlük 2018-ci ildə ayrılıb.
Xatırladaq ki, 36 yaşlı aktrisa avqustun 16-da Cənubi Karolinada huşsuz vəziyyətdə tapılmışdı. Polis hər hansı zorakı ölüm əlaməti aşkar etməyib, hazırda ölümün dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq davam edir.
Aktrisanın yüksək doza narkotik qəbulundan dünyasını dəyişməsi barədə fərziyyələr irəli sürülür. Təcili yardım xidmətlərinin danışıqları məhz bu versiyaya işarə etsə də, ölümün əsl səbəbi hələ də rəsmi şəkildə təsdiqlənməyib.


Bizim.Media

- A-
- A
- A+
Şoutaym
17:04 / 18.08.2026
Kliçkodan keçmiş həyat yoldaşının ölümü ilə bağlı AÇIQLAMA – FOTO
Hazırda oxunan: Kliçkodan keçmiş həyat yoldaşının ölümü ilə bağlı AÇIQLAMA – FOTO
Hazırda oxunan: Kliçkodan keçmiş həyat yoldaşının ölümü ilə bağlı AÇIQLAMA – FOTO
631803
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































