"Atalar övladlarını atıb yoxa çıxırlar, Allah bunu qızlarıma yaşatmasın"

"Atalar övladlarını atıb yoxa çıxırlar, Allah bunu qızlarıma yaşatmasın"

Hazırda oxunan: "Atalar övladlarını atıb yoxa çıxırlar, Allah bunu qızlarıma yaşatmasın"

624468

Türkiyəli iş adamı Acun Ilıcalı "Beş çayı" proqramında qonaq olub.

Bizim.Media xəbər verir ki, iş adamı müsahibəsində 4 qızı haqqında da danışıb.

"Allah mənə bir-birindən gözəl 4 qız övladı nəsib etdi. Melisa əlimdə böyüdü. Banu ilə mən birlikdə böyüdük.
 

O dünyaya gələndə 20 yaşım vardı. İndi ailəmiz böyüyüb, lap meksikalılara oxşamışıq. İşimlə əlaqədar çoxlu kastinqlərə qatılıram. Seçimlərdə atası olmayan qızları tez müəyyən etmək olur. Çünki daim özlərini qorumalı, həyata qarşı döyüşməli olurlar. Özünəinamlı, güclü olurlar.


Arxalarında ata yox, həyatın çətinlikləri ilə özləri üzləşirlər. Çox qəribədir, ataları sanki yoxa çıxırlar. Bunun üçün bir çox səbəb ola bilər. Bunların hamısından ibrət aldım. Allah bunu qızlarıma yaşatmasın" deyə, Acun bildirib.

Qeyd edək ki, Acunun müxtəlif evliliklərindən 4 qız övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO