Türkiyənin məşhur pop müğənnisi Tarkan Almaniyanın Dortmund şəhərində verdiyi konsertdən sonra imicində dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, İstanbul və Ankara konsertlərinin ardından Dortmundda səhnəyə çıxan sənətçi konsert başa çatan kimi kulisdə saçlarını qısa kəsdirib. Tarkan yeni görünüşünü sosial media hesabında izləyiciləri ilə bölüşərək bunları yazıb:
"Yeri gəlmişkən, Dortmund konsertində səhnədən enən kimi kulisdə yay üçün saçlarımı lap qısa kəsdirdim. Necə alınıb? Bəyəndinizmi?"
Paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş maraq doğurub. Tarkanın yeni imici minlərlə bəyənmə və çoxsaylı şərhlər alıb. İzləyicilər sənətçinin yeni görünüşünü əsasən müsbət qiymətləndirərək ona xoş arzularını çatdırıblar.
Qeyd edək ki, Tarkan son vaxtlar Türkiyə və Avropada verdiyi konsertlərlə pərəstişkarları ilə görüşlərini davam etdirir.

Bizim.Media

- A-
- A
- A+
Şoutaym
08:38 / 07.07.2026
Tarkan Almaniyada imicini dəyişdi — yeni görünüşü böyük maraq doğurdu (FOTO)
Hazırda oxunan: Tarkan Almaniyada imicini dəyişdi — yeni görünüşü böyük maraq doğurdu (FOTO)
Hazırda oxunan: Tarkan Almaniyada imicini dəyişdi — yeni görünüşü böyük maraq doğurdu (FOTO)
623690
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































